Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
 
APA NTV telekanalına istinadən xəbər verir ki, Türkiyə və Britaniya liderləri ikitərəfli əlaqələri, müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.
 
Tərəflər Rusiya-Ukrayna müharibəsinə dair fikir mübadiləsi aparıblar.
 
Ərdoğan bildirib ki, Ukraynadan taxılın təhlükəsiz şəkildə çıxarılması üçün həll yolu tapılmalıdır.

Baxış sayı: 6183 | Tarix: 21.06.2022
Bizi Telegramda izləyin: @repostaz