Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan taxılın ixracı üzrə sazişin imzalanmasını, eyni zamanda, Türkiyə və BMT-nin, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan və Baş katib Antoniu Quterreşin uğurlu vasitəçilik səylərini alqışlayır.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, bu, qlobal ərzaq təhlükəsizliyi üçün mühüm addımdır.
“Biz sazişin tezliklə həyata keçirilməsini gözləyirik”, - qeyd olunub.