Çərşənbə axşamı, 10 İyun 2025, 22:44:48
“Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”.
 
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
 
O iddia edir ki, hazırda Qarabağda Ermənistan hərbçiləri xidmət etmir:
 
“İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən regionda sülhün bərqərar olmasından yanadır”.
 
N.Paşinyan həmçinin Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu vurğulayıb.

Baxış sayı: 7038 | Tarix: 04.08.2022
Bizi Telegramda izləyin: @repostaz