Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların və beynəlxalq qurumların nümayəndələrinin olduğu təyyarə Füzuli hava limanına enib.
Onların arasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko və başqaları var.
Qonaqlar əvvəlcə Füzuli Hava Limanı ilə tanış olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onları hava limanı ilə tanış edib. O, həmçinin Füzulinin və rayonun bərpası planları haqqında qonaqlara təqdimatla çıxış edib.