Laçın dəhlizinə alternativ olan yeni yol avqustun 30-u axşam saat 22:00-dan nəqliyyatın hərəkətinə açıq olacaq.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, yolu Gorus-Xankəndi magistralı ilə birləşdirən 4,7 kilometrlik hissənin asfaltlaşması işləri bitib.
Bundan əvvəl yoldan istifadə olunmasına avqustun 31-də başlanacağı bildirilmişdi.
Qeyd edək ki, Azərbaycan Laçın dəhlizinə alternativ yolun öz ərazisinə düşən 22 km-lik hissəsini vaxtından əvvəl istifadəyə verib.
Ermənistan isə yolun 11,8 kilometrlik Tex-Kornidzor hissəsinin inşasına yeni başlayıb.