Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Kalender Qəsrində görüşüb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
eyd olunub, türkiyəli nazir Şimali Kipr Türk Respublikası xarici işlər naziri Tahsin Ərtoğruloğlu, Qazaxıstan müdafiə nazirinin müavini general-mayor Sultan Kəmaləddinov, Qırğızıstan müdafiə nazirinin müavini, briqada generalı Akılbek İbrayev və Özbəkistan müdafiə nazirinin müavini polkovnik Hamdan Karşıyev ilə də görüşüb.