Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Görüşdən sonar mətbuata açıqlama verən Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin deyib ki, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəlinib və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırılıb.
“Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq”.
Aİ Prezidentinin Azərbaycan tərəfinin diqqətinə erməni saxlanılanların azad edilməsinin vacibliyini çatdırdığı qeyd olunub.
Bildirilib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyasl üzrə Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.
“Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin proqresini nəzərdən keçirdik. Bütün bu müzakirələrlə yanaşı vurğulamaq istərdim ki, hər iki tərəfin xalqların əlaqəsi və onları uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir”, - deyə Ş.Mişel əlavə edib.
“İctimai mesajlar bu baxımdan vacibdir - belə həssas bir vəziyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə qarşı tərəf tərəfindən dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək. Biz noyabrın sonuna qədər bu formatda yenidən görüşməyə razılaşdıq”.
Mişel deyib ki, hər iki tərəfin xalqlarının əlaqəsi və onların uzunmüddətli davamlı sülhə hazırlığı vacibdir.
Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin açılmas ilə bağlı müzakirələrin inkişafı nəzərdən keçirilib.
“Belə həssas bir vəziyyətdə ictimaiyyətdə ictimaiyyətdə deyilən hər bir söz açıq şəkildə dinlənilir və diqqətə alınır. Aİ uzunmüddətli davamlı sülhə dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək”, - deyə Şarl Mişel bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iki ölkə arasında münaisbətlərin tənzimlənməsi məsələsində rəsmi Bakı Şarl Mişelin rolunu yüksək qiymətləndirir.
“Biz Avropa İttifaqının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası münasibətlərin normallaşmasına kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib”, - deyə Hikmət Hacıyev bildirib.
Brüssel görüşünü şərh edən siyasi şərhçi Asif Nıərimanlı qeyd edib ki, tərəflər sülh sazişi mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qruplarının yaradılmasına razılaşıb.
“Bundan öncə yenə Brüsseldə eyni anlaşma əldə olunmuşdu, İrəvan heç bir praktiki addım atmadı. İndi məsələ yenidən gündəmdədir. Görünür, İrəvanın öhdəliyini yerinə yetirməsi müzakirə olunub və razı salınıb. Lakin Ermənistanın razılaşma ilə bağlı praktiki mərhələdə addım atacağı yenə şübhəlidir.
Hərçənd, yekun bəyanat deməyə əsas verir ki:
- Qərb masasındakı müzakirələrdə də Bakının gündəliyindən kənara çıxılmır;
- Postmünaqişə reallığı Avropa İttifaqı tərəfindən qəbul olunur və bu, Qərbdə “Minsk qrupu”nu diriltmək cəhdlərinə qarşı müsbət alternativdir;
- Anlaşma Azərbaycanın öhdəliklərini yerinə yetirməyən Ermənistana qarşı istənilən addımını legitimləşdirir;
Tərəflər noyabrın sonuna qədər eyni formatda görüşməyə də razılaşıb. Ermənistan Moskva masasında nəsə əldə etməyə çalışacaq, lakin burada da gündəliyin təxmini eyni olması İrəvanın “çıxış yolu” axtarışını nəticəsiz edir”, - Nərimanlı vurğulayıb.