Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
 
Qurumun Mətbuat Xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.
 
Qeyd edək ki, şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20 min manat pul alıb. Bununla bağlı səs yazısı yayılıb.

Baxış sayı: 4720 | Tarix: 08.09.2022
Bizi Telegramda izləyin: @repostaz