Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ay Azərbaycana səfəri gözlənilir. Qardaş ölkə lideri Azərbaycan Prezidenti ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcək.
Türkiyə Prezidentini səfərdə geniştərkibli nümayəndə heyətinin müşayiət edəcəyi bildirilir.Qeyd edək ki, Ərdoğan budan öncə mətbuata açıqlamalarında Zəngilan hava limanının açılışında iştirak edəcəyini bildirmişdi. Xatırladaq ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi artıq yekunlaşmaq üzrədir. Yeni aeroportun yaxın günlərdə təhvil verilməsi planlaşdırılır.