Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Türkiyə XİN rəhbəri "Twitter"də bildirib.
Nazirlər Ermənistanın sərhəddə törətdiyi son təxribatı müzakirə ediblər.
“Ermənistan artıq təxribatlara son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılıq çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - Çavuşoğlu bildirib.