Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı nəticəsində həlak olan hərbçilərlə bağlı paylaşım edib.
 
Paylaşımda deyilir:
 
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin qanı yerdə qalmadı!

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı paylaşım edib.
 
“Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə güc və səbir versin, - deyə M.Əliyeva qeyd edib.

Baxış sayı: 3048 | Tarix: 14.09.2022
Bizi Telegramda izləyin: @repostaz