Azərbaycan son döyüş əməliyyatlarında ölən 100 erməni hərbçinin cəsədini qarşı tərəfə verməyə hazır olduğunu bildirib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir.
Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.