Güney Azərbaycanın Zəncan şəhərində iki azərbaycanlı gənc hökumət məmurları tərəfindən öldürülüb. Onların hökumət qüvvələrinin açdığı atəş nəticəsində yerindəcə keçindikləri bildirilir.
 
RePost.Az "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, Mehdi Musəvi və Mehrdad Qurbani adlı gənclər sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı güllələnərək öldürülüblər.
 
Xatırladaq ki, son günlər baş verən etiraz aksiyaları zamanı çox sayda insanın güllələnərək qətlə yetirilməsi ilə bağlı fərqli rəqəmlər bildirilsə də, indiyədək hökumət qüvvələri tərəfindən öldürülən 23 nəfərin kimliyi təsdiini tapıb.
 
İnsan haqları təşkilatları ağır yaralıların çox olduğu üçün ölü sayının artacağı ehtimalının yüksək olduğunu bildirirlər.

Baxış sayı: 3694 | Tarix: 23.09.2022
Bizi Telegramda izləyin: @repostaz