Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib. Siyasi, milli və sosial media fəalları aksiyaları davam etdirəcəkləri barədə bildirişlər yayıblar.
Sentyabrın 26-da Güney azərbaycanlı fəallar Başda Təbriz olmaqla Urmu, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin, Xoy, Marağa və başqa şəhərlərdə etirazları davam etdirəcəklərini bəyan edərək soydaşlarımızı aksiyaya dəstək verməyə çağırıblar
Axşam 18:00-da başlayaraq şəhərlərin mərkəzi meydanlarında keçiriləcək dinc etiraz aksiyalarında, həm də bu günədək öldürülən 5 azərbaycanlının xatirəsi yad ediləcək.
"Hər gün uşaqlarımız qəddar İslam Respublikası rejiminin güllələri ilə öldürülür. Kərəcdə Hədis Nəcəfinin və Qəzvində Cavad Heydərinin anaları övladları üçün ağlayırlar. Zalımların tufağını birdəfəlik dağıdaq",- deyə, çağırış vərəqələrində qeyd edilib.