"Azərbaycanın haqlı tələbləri var, onların arasında Zəngəzur dəhlizinin Laçın dəhlizinə bənzər statusunun olmasıdır. Nazir əlavə edib ki, sülhə dair porses tezləşdirilməlidir".
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının nəticələrinə dair mətbuat konfransında çıxışı zamanı bildirib.
"Azərbaycanla Ermənistan arasında normallaşma prosesi Türkiyə-Ermənistan münasibətləri üçün də müsbət təsir edir" - deyə Çavuşoğlu qeyd edib.