“Üç gün sonra cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək”.
Bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Biz də bunun həyəcanını yaşayırıq”, - səfir əlavə edib.
Diplomat Gəncə terroru nəticəsində şəhid olan şəxslərin ailə üzvlərinə növbəti dəfə başsağlığı verib.