Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Səxavət Əlisoy istefa verib.
 
O, bu barədə “Facebook” səhifəsində paylaşım edib.
 
Səxavət Əliyev Qubad İbadoğlunu özünə vurğunluqda, partiyanı avtoritar qaydada idarə etməkdə, qeyri-şəffaflıqda günahlandırıb, onu heç vaxt lider kimi görmədiyini vurğulayıb. Sonda isə Qubad İbadoğluna və İdarə Heyətində onu “Azərbaycanın xilaskarı” kimi qələmə verənlərə həkim olaraq sağlamlıq arzulayıb, ADR Hərəkatına üzv olanları da seçim etməyə çağırıb.

Baxış sayı: 7361 | Tarix: 19.10.2022
Bizi Telegramda izləyin: @repostaz