Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
Türkiyə Prezidentinin təyyarəsi Esenboğa hava limanından yola düşüb.
Səfər zamanı keçiriləcək ikitərəfli görüşlərdə Türkiyə ilə Azərbaycan arasında münasibətlərə bütün aspektlərdə yenidən baxılacağı, əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların müzakirə olunacağı gözlənilir.
Həmçinin aktual regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
Səfər prqoramına uyğun olaraq Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanı ilə yanaşı, Zəngilanda “Dost Aqropark”ın açılış mərasiminə qatılacaq.
Eyni zamanda, Türkiyə dövlət başçısı Cəbrayılda Qumlaq dəmiryolu stansiyası ilə Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərində iştirak edəcək.
Bundan sonra Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirəcək, birgə mətbuat konfransında çıxış edəcək.