“Hamshahri Online”: “Azərbaycanla sərhəddə Araz çayının kənarında keçirilən son hərbi təlimdə SEPAH qüvvələri şimal qonşuların ərazisinə soxulub?”.
 
Sayt yazıb: "İran İnqilabının Keşikçiləri Korpusunun Quru Qoşunları ölkənin şimal-qərb sərhədlərində keçirilən “Qüdrətli İran” hərbi təlimində Araz çayı üzərində üzən körpü tikiblər.
 
Təlimlə bağlı bir sıra şayiələr yayılıb və bəziləri İranın şimal qonşularının ərazisinə daxil olduğunu iddia ediblər. Amma bu şayiə dərhal təkzib edildi".
 
Sayt qeyd edir ki, İranın müdafiə sahəsində fəaliyyət göstərən “Teleqram” kanalı hərbi təlimin keçirildiyi yerdən çəkilən fotoşəkilləri dərc edib və yazıb: “Araz çayının iki qola ayrılması səbəbindən kiçik adalar əmələ gəlib ki, onların bir hissəsi İrana, digər hissəsi isə şimal qonşularına məxsusdur. 
 
Xəbərlərdə gördüyünüz üzən körpülər həmin adalardan biri üzərində tikilib və şimal qonşuların ərazisinə heç bir müdaxilə olmayıb.

Baxış sayı: 5157 | Tarix: 20.10.2022
Bizi Telegramda izləyin: @repostaz