“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”.
 
Bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
"İşğaldan azad olunan ərazilərdə hərbi bazaların deyil, hava limanlarının, yaşayış yerlərinin olması nümunəvi addımdır. İranın Arazın kənarında hərbi təlimlər keçirməsi nəyə lazımdır? Bu artistliyin heç bir yeri yoxdur", - o, əlavə edib.
 
Deputat qeyd edib ki, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz:
 
“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. Ona görə də Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu".

Baxış sayı: 4511 | Tarix: 21.10.2022
Bizi Telegramda izləyin: @repostaz