Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən çox insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib.
 
Bu barədə report-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən çox molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib.
 
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baxış sayı: 6373 | Tarix: 28.10.2022
Bizi Telegramda izləyin: @repostaz