Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
RePost.Az xəbər vberir ki, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli görüş “Rus” sanatoriyasının mərkəzi atriumunda keçiriləcək.
Tərəflər Dəyirmi masa ətrafında əvvəllər əldə edilmiş razılaşmaların icrasını müzakirə edəcəklər.