Ötən gün Xankəndidə - Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə aksiya keçirilib.
Erməni KİV-ləri xəbər verir ki, mitinqin təşəbbüskarı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-mayor Andrey Volkov olub.
Onun sözlərinə görə, Ermənistan nizamlamanın rus variantından imtina edərsə, sülhməramlı missiya Artsaxı tərk edəcək.
Qeyd edək ki, aksiyalarda 15 min nəfər iştirak edib.