“Türk Dövlətləri Təşkilatının 11 noyabrda keçiriləcək Zirvə Toplantısı təşkilatlanma baxımından çox mühüm olacaq”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir qeyd edib ki, Şərqlə Qərb arasında kritik onurğa təşkil edən türk dünyası Orta Dəhlizin əhəmiyyətinin artması ilə daha da ön plana çıxıb: “Artıq Şimal Dəhlizi alternativ deyil. Asiya ilə Avropa arasındakı ticarətdə əsas koridor Orta Dəhlizdir. Bizim də mərkəzində olduğumuz Orta Dəhlizin inkişafı üçün qardaş ölkələrlə bərabər toplantılar keçiririk. Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin görüşlərini keçirdik. Bu toplantılardan biri Türkiyədə, biri də Qazaxıstanda keçiriləcək. Böhranlar hamımıza təsir edir, digər tərəfdən isə qarşımıza yeni fürsətlər çıxarır. Bu fürsətləri dəyərləndirmək lazımdır”.