Ailəsinə məsələnin ictimailəşdirilməməsi üçün təzyiq göstərildiyinə görə, onun həbs xəbəri gec yayılıb.
 
Noyabrın 3-də Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan beynəlxalq hüquq üzrə mütəxəssis Arzu Xaliqinin taleyi barədə məlumat əldə etmək mümkün olmur.
 
Onun ailəsinin təhlükəsizlik və məhkəmə orqanlarına müraciətləri cavabsız qaldığı üçün, gənc hüquqşünasın həyatı barədə narahatçılığı artıb. 
 
İranın hökumət orqanları Arzu Xaliqinin həbs səbəbi, nədə ittiham olunduğu və harada saxlanıldığı barədə açıqlama verməkdən boyun qaçırırlar.
 

Baxış sayı: 10097 | Tarix: 14.11.2022
Bizi Telegramda izləyin: @repostaz