Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn ƏmirAbdullahian ötən gün baş tutan telefon danışığı zamanı "3+3" regional platformasına dair fikir mübadiləsi aparıblar.
 
APA-nın Tehran bürosu xəbər verir ki, İran XİN rəhbəri azərbaycanlı həmkarını "3+3" platformasının Tehranda keçiriləcək iclasına dəvət edib.
 
Xatırladaq ki, "3+3" platformasının ilk iclası ötən il dekabr ayında Moskvada keçirilib.

Baxış sayı: 7342 | Tarix: 16.11.2022
Bizi Telegramda izləyin: @repostaz