Noyabr ayının 15-də saat 19:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.
 
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
 
Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayının sahilində gizlədilən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 8 kiloqram 500 qram narkotik vasitəyə bənzər maddə (marixuana) aşkar olunaraq götürülüb,
 
Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Baxış sayı: 5423 | Tarix: 17.11.2022
Bizi Telegramda izləyin: @repostaz