Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gedib.
 
APA xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
 
Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.
 
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səslənib.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
 
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
 
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edilib.

Baxış sayı: 7779 | Tarix: 23.11.2022
Bizi Telegramda izləyin: @repostaz