Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.
 
Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor hissəsi hazırda boşdur.
 
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Azərbaycan Universitetləri Facebook səhifəsi də bu haqda məlumat paylaşıb. 

Baxış sayı: 4758 | Tarix: 08.12.2022
Bizi Telegramda izləyin: @repostaz