Xalq artisti Aftandil İsrafilovun vəziyyəti yaxşılaşıb.
 
Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.
 
“Allaha şükürlər olsun, atamı kritik vəziyyətdən çıxara bildik”, – o bildirib.
 
Qeyd edək ki, Aftandil İsrafilov kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkir. Xalq artisti dekabrın 3-dən xəstəxanaya yerləşdirilib.

Baxış sayı: 30427 | Tarix: 09.12.2022
Bizi Telegramda izləyin: @repostaz