Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyası 26 gündür davam etdirir.
Aksiyaçılar günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.
Xankəndi-Laçın yolunda ekofəlların aksiyası barədə Qrəb mətbuatında da geniş məqalələr yazılır. Qərb mətbuatının aksiya barədə yazdıqlarını təhlil edən azərbaycanlı jurnalist Elbəyi Həsənlinin dediyinə görə, bu aksiya Qarabağ erməniləri üçün bir dərs oldu. Başa düşdülər ki, Ermənistanla Azərbaycan arasında anlaşma olmasa, onların Azərbaycan ərazisində yaşaması qeyri-mümkündür. Laçın yolu açılandan sonra ermənilərin bir çoxu Qarabağı tərk edəcək. Onlar qeyri-müəyyən və təhlükəli gələcəklə baş-başa qalmaq istəmirlər. Onlar stabil şəraitdə, təhlükədən kənarda yaşamaq arzusundadırlar. Ermənistanla Azərbaycanın münasibətləri düzəlmədən bu, sadəcə, mümkün deyil...
O da aydın görünür ki, Azərbaycan 2025-ci ildə Rusiya sülhməramlılarına heç bir şərt altında mandat verməyəcək. Rəsmi Bakının rusların yerinə hər hansı bir ölkənin əsgərini öz torpağına buraxması da real görünmür. Qarabağ erməniləri bu barədə də düşünmək zorundadır...
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.