Prezident İlham Əliyev 2022-ci ilin idman yekunlarına dair iclasdakı çıxışından başlıqlar:
• Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır.
• Biz Bakıda yeni yarışları qəbul edəcəyik. Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır.
• İdmanın kütləviliyinə gəldikdə hesab edirəm ki, bölgələrdə təbliğat daha geniş vüsət almalıdır.
• Biz son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaratmışıq, trenajorlar quraşdırılıb.
• Hesab edirəm ki, biz bu təcrübəni bütün bölgələrə aparmalıyıq, orada tətbiq edilməlidir. Nazirlik, yerli icra orqanları bu məsələ ilə ciddi məşğul olsunlar. Çünki hər bir insanın bəlkə həm vaxtı, həm də maliyyə imkanları olmur ki, idman zallarına getsin.
• Prezident: Hakim ədalətsizliyi bizi bir neçə medaldan məhrum etmişdir
• "İmarət" stadionunun yeni layihəsi işlənilir, Ağdamda böyük Olimpiya İdman Kompleksi yaradılacaq.