“Mənim Naxçıvan Muxtar Respublikasında, onun hansısa bir qurumlarında baş verənlərlə hər hansı bir əlaqəm yoxdur. Guya, Naxçıvanı tərk etməyim barədə səslənən fikirlər isə absurddur”.
Bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yeznəsi, daxili işlər nazirinin və Gömrük Komitəsinin sədr müavini olmuş general Səbuhi Novruzov deyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Səbuhi Novruzovun Muxtar Respublikanı tərk etdiyi barədə xəbərlər yayılıb.
Hazırda yaş həddi ilə bağlı təqaüdə çıxdığını deyən Səbuhi Novruzov evində olduğunu bildirib:
”Mənim bu məsələlərin heç biri ilə əlaqəm yoxdur. Gömrükdə aşkar olunmuş faktlara aidiyyətim yoxdur. Çünki həmin quruma bir ildir təyin olunmuşdum. Heç bir səlahiyyətim yox idi”.