Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.
 
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.
 
Ekofəallar aksiyanın 69-cu günündə havanın şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Hazırda havanın temperaturu -5 dərəcədir.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.
 

Baxış sayı: 10515 | Tarix: 18.02.2023
Bizi Telegramda izləyin: @repostaz