Qərbi Azərbaycan İcmasında respublikamızın ərazi bütövlüyü uğrunda 1990-cı illərdən başlayan Vətən müharibəsində iştirak etmiş müharibə veteranları, Silahlı Qüvvələrin ehtiyatda olan hərbi qulluqçuları ilə görüş keçirildi.  Görüşdə Qərbi Azərbaycan İcmasının Sədri, millət vəkili Əziz Ələkbərli geniş məruzə ilə çıxış etdi.
 
Çıxış edənlər polkovnik Elmar Hüseynov, polkovnik Əbülfəz Babayev, polkovnik-leytenant İlham Rüstəmov, polkovnik-leytenant Barat Səmədov, polkovnik Niyazi Məmmədov, polkovnik Bəhram Ləzimov, Qazi İlqar Mustafayev, İcmanın şöbə müdirləri Miraslan Bəkirli, Qalib Qasımov, Aparat rəhbəri Əbdüləli Həsənov qarşıda duran vəzifələr, perspektiv planlar, veteranların əzm və iradəsi, vətənpərvərliyi haqqında fikirlərini və təkliflərini bildirdilər.
 
 Tədbin sonunda Qərbi Azərbaycan İcmasının Silahlı Qüvvələrdə ehtiyatda olan hərbi qulluqçularının Müşahidə şurasının yaradılması və İdarə heyyətinin tərkibi müəyyən edildi.

Baxış sayı: 9280 | Tarix: 22.02.2023
Bizi Telegramda izləyin: @repostaz