“Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var”.
 
Bunu Respublikanın Baş Prokuroru Kamran Əliyev “Real TV”yə müsahibəsində deyib.
 
Kamran Əliyev bildirib ki, bizim üçün bir sıra qaranlıq məqamlar var:
“Bu şəxsin yarım saatdan artıq müddətdə bizim diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu, təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim Prokurluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”.
 

Baxış sayı: 8691 | Tarix: 01.03.2023
Bizi Telegramda izləyin: @repostaz