N hərbi hissəsində müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən viktorina keçirilib.
 
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
 
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu xüsusi vurğulayıblar.
 
Gərgin bilik mübarizəsi şəraitində keçən viktorinada “Topçular” komandası 1-ci, “Komando” komandası 2-ci, “Tankçılar” komandası isə 3-cü yerə layiq görülərək fəxri fərman, kubok və medallarla təltif ediliblər.
 
Sonda döyüş hazırlığında fərqlənən bir qrup hərbi qulluqçuya da qiymətli hədiyyələr təqdim olunub.

Baxış sayı: 7228 | Tarix: 04.03.2023
Bizi Telegramda izləyin: @repostaz