Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.
 
Şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.
 
Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.

Baxış sayı: 10838 | Tarix: 06.03.2023
Bizi Telegramda izləyin: @repostaz