Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq aksiyanı gecəboyu davam etdirib. Hazırda havanın temperatoru -2 dərəcədir.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 111 gündür davam edir.