Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər. Onlar həmişəki kimi günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 124 gündür davam edir.

Baxış sayı: 8938 | Tarix: 14.04.2023
Bizi Telegramda izləyin: @repostaz