Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, respublikanın bütün şəhər və rayonları üzrə idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən kollegiya iclasına daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov rəhbərlik edir.
 
Kollegiya iclası 2023-cü ilin birinci rübündə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub. 
 
Kollegiya iclasında həmçinin, martın 28-də deputat Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi və buna görə saxlanılanlarla bağlı məsələ də müzakirə olunub.

Baxış sayı: 8767 | Tarix: 14.04.2023
Bizi Telegramda izləyin: @repostaz