Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəmizə yeni səfir təyin edib.
Tokayev bu barədə müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Alim Bayel Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, yeni səfir bundan əvvəl Qazaxıstanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu vəzifəsində çalışıb.