Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Ətraf mühitin mühafizəsi sahəsində Saziş imzalanıb.
 
Bu barədə iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Tvitterdə bildirib.
 
Sazişi İsrail xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.
 
Mikayıl Cabbarov bildirib ki, Saziş ölkələrimizin bu istiqamətdə əməkdaşlığının möhkəmləndirilməsinə və resurslardan səmərəli istifadə imkanlarının artırılmasına xidmət edir.

Baxış sayı: 7646 | Tarix: 19.04.2023
Bizi Telegramda izləyin: @repostaz