Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
 
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecə boyu da davam etdirib. Aksiya iştirakçıları 134 - cü günə də Azərbaycan dövlət himnini səsləndirməklə başlayıb.
 
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb, 134 gündür davam edir.

Baxış sayı: 9565 | Tarix: 24.04.2023
Bizi Telegramda izləyin: @repostaz