Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası Qarabağı Ermənistanın anklavı adlandırıb.
RePost.Az xəbər verir ki, bu barədə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli özünün Facebook hesabında paylaşıb edib.
Azərbaqycanıən Ermənistanla sərhəddə, Laçın yolunun başlanğıcında Sərhəd Buraxılış Məntəqsi qurmasını şərh edən Nurəddin Məmmdəli, bununla da ermənilərin anklava silah-sursat daşımasının qarşısının alındığını bildirib.
Xatərladaq ki, bir dövlətin ərazisinin hamısı başqa bir və ya bir neçə dövlətin quru ərazisi ilə əhatə olunmasına anklav deyilir.
Çox maraqlıdır ki, Nurəddin Məmmədli onun şərhinin altındakı iradlara da cavab verərkən özünü haqlı hesab edib. Bu da sosial şəbəkələrdə AXCP nin rəsmi mpvqeyi kimi izah olunaraq ciddi qınaqla üzləşib.
Hadis ilə bağlı AXCP hələlik heç bir açıqlama verməyib.