Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin icra səviyyəsi yoxlanılıb.
Daha sonra bölmələr atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi və artilleriya qurğularından döyüş atışları icra ediblər.
Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilib.