Laçın yolunda vəziyyətə görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz rəsmi mövqeyini bildirib.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O bildirib ki, “hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır”.
“Biz inanırıq ki, tərəflər 9 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, - Zaxarova vurğulayıb.