Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Baykar” şirkəti məlumat yayıb.
Qeyd olunub ki, protokolu “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıb.