Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
RePost.Az xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov da dəvət edilib.
İclasda ona "bloger" Mehman Hüseynova verdiyi müsahibəsinə görə, töhmət verildiyi bildirilib.
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.
Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olsun, İntizam Komissiyasının iclası keçirilsin.