Ermənistan münaqişənin sülh yolu ilə həllini istəmirdi. Onlar vəziyyətin olduğu kimi qalmasını və onu dondurmaq istəyirdilər. Düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər.
 
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında səsləndirib.
 
Ermənilərin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı kompromisə gedəcəyini düşündüklərini deyən dövlət başçısı bildirib: “Hesab edirdilər ki, onların beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər”.

Baxış sayı: 8539 | Tarix: 03.05.2023
Bizi Telegramda izləyin: @repostaz